Super finalın qalibi, əgər İKT ixtisası üzrə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə RİTN-də yaradılmış “İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu” tərəfindən təhsil haqqı ödənilə bilər.